Radara düşən YPX avtomobilinin cəriməsi başqasına gəldi – FOTObackend

Radara düşən YPX avtomobilinin cəriməsi başqasına gəldi – FOTO

Azərbaycanda Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobili sürət həddini aşıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

İmişli rayonun Bəhramtəpə qəsəbəsində sürət həddi 90 km/saat olan yolda 99-YP-978 dövlət nömrə nişanlı yol polisi avtomobili 129 km/saat sürəti ilə radara düşüb.

Qəribəsi isə odur ki, bununla bağlı cərimə protokolu başqa şəxsə göndərilib.

Protokolda isə cərimənin 99-MP-978 dövlət nömrə nişanlı avtomobilə yazıldığı qeyd edilib.

  •  (0)
  •  (0)