Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti: Azərbaycanla könlümüz, qədərimiz və gələcəyimiz birdirbackend

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti: Azərbaycanla könlümüz, qədərimiz və gələcəyimiz birdir

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Azərbaycanın xəbər kanallarından olan Real TV-nin yayımına qatılaraq sualları cavablandırıb. 

Hokm.az xəbər verir ki, Quzey Kıbrıs Türk Cümhuriyyəti və Azərbaycan xalqlarının oxşar ağrılardan keçdiyini qeyd edən Tatar hər iki ölkənin eyni şəkildə mübarizə apardığını bildirib.

Tatar, Kıbrısda iki suveren bərabər dövlətin əməkdaşlığına və Kipr türklərinin illərdir apardığı ədalətli mübarizəyə əsaslanan həll modelini nəzərdə tutan yeni siyasətə toxunub.

Prezident Tatar Türkiyənin tam dəstəyi ilə ortaya atılan yeni siyasətin qanuniliyinin bundan sonra da bütün dünyaya izah ediləcəyini vurğulayıb.

Azərbaycanın haqlı davası olan Qarabağda uğur qazanması və Kıbrıs türk xalqı üçün yaratdığı torpaqları geri almasının sevincini ifadə edən Tatar, “Böyük dastan yazaraq, Qarabağı azad edən qardaş Azərbaycanı böyük qələbəsinə görə təbrik edirəm”, deyib.

Tatar Azərbaycanın qələbəsinin bütün Türk dünyasının qələbəsi olduğuna diqqət çəkib.

İki ölkə arasındakı əlaqələrə toxunan Tatar, Kıbrıs türklərinin Azərbaycan xalqı ilə sevgi bağı olduğunu vurğulayaraq, “Biz eyni millətin övladlarıyıq. Bilirəm ki, sizin də ürəyiniz bizimlədir. Könlümüz, qədərimiz və gələcəyimiz birdir. Türkiyə, Azərbaycan və KKTC “bir millət, üç dövlətdir”. Bu, hər zaman hər şəraitdə bir bütöv olacaq”, deyib.

Tatar KKTC-nin Türk dünyasının Şərqi Aralıq dənizindəki təmsilçisi olduğunu bildirib.

İkitərəfli münasibətlərin bütün sahələrdə inkişafını arzuladığını qeyd edən Tatar iki ölkə arasında çarter reyslərinin başlanacağını və ticarət əlaqələrinin yaxşılaşacağını gözlədiyini vurğulayıb.

  •  (0)
  •  (0)