Quş qripi epidemiyası yayılmaqdadır – 250 min canlı məhv ediləcəkbackend

Quş qripi epidemiyası yayılmaqdadır – 250 min canlı məhv ediləcək

Yaponiyanın şərqindəki quşçuluq təsərrüfatlarında, təxminən 250 min canlı quş qripi epidemiyası səbəbilə məhv ediləcək.

Hokm.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Müvafiq qərar Çiba prefekturasının səlahiyyətliləri tərəfindən verilib.

Sosa şəhərində tapılan yeni quş qripi epidemiyası, demək olar ki, 1,5 ildə prefekturada 8-ci dəfə qeydə alınıb.

Bundan əlavə, səlahiyyətlilər quşçuluq fabrikinin ərazisindən 10 km radiusda toyuq və yumurta ixracına qadağa tətbiq edib. Onların 3 km-dən çox məsafəyə köçürülməsi də qadağandır.

  •  (0)
  •  (0)