Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” II təsnifat mərhələsinin cavab matçında “Dandolk”u 3:0 hesabı ilə darmadağın edərək növbəti mərhələyə adlayıb.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşmadan sonra açıqlama verən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib:
“Bütün azarkeşlərimizi təbrik edirəm. Həqiqətən də möhtəşəm idilər. Həddindən artıq çox isti var idi. Zədəlilərə gəlincə, Ozobiçdən başqa digərlərinin durumu elə də ciddi deyil. Bu, yorğunluqdan irəli gəlir. Buna baxmayaraq, bütün güclərini meydanda qoydular”.
Qurbanov növbəti mərhələdə qarşılaşacaqları APEOL-lə bağlı da fikirlərini bölüşüb:
“Çox diqqətli olmalıyıq. Komandanın gücünü bilirik. Burada hamı öz ölkəsinin çempionudur. Hər oyuna hazır olmalıyıq”.
Hokm.az
















