Qumara görə var-dövlətini itirən, intihara əl atan, ölkədən çıxışına qadağa qoyulan…backend

Qumara görə var-dövlətini itirən, intihara əl atan, ölkədən çıxışına qadağa qoyulan…

Futbolçu karyerasında ulduzu tez parlayan, lakin futboldan ayrıldıqdan sonra və ya elə həmin müddətdə müəyyən səbəblərdən dolayı yoxsulluq yaşayan çox sayda oyunçu var. Onlar uzun illər çalışıb qazandıqları milyonları bir andaca itirib və həyatlarını yoxsulluqla davam etməyə məcbur qalıblar.

Hokm.az həmin futbolçularla bağlı araşdırmanı təqdim edir.

Emanuel Ebue 

“Arsenal” (İngiltərə) və “Qalatasaray”ın (Türkiyə) keçmiş futbolçusu Emanuel Ebue 2017-ci ildə həyatının ən çətin günlərini yaşayıb. Həyat yoldaşından ayrılan futbolçu boşanma məhkəməsini uduzduğuna görə, bütün var-dövlətini itirib. Müdafiəçi yoxsulluq səbəbindən intihar etmək də istəyib.

Asomoa Qyan

“Kayserispor”un (Türkiyə) sabiq futbolçusu imkansızlıq səbəbi ilə ailəsini görə bilmir. 2013-cü ildə ailə həyatı quran hücumçu maddi imkanlarının zəif olmasına görə, 3 uşağı və həyat yoldaşı ondan üz döndərdib və telefonlarına cavab vermirlər. Kayseri təmsilçisi onun maaşını gecikdirdiyini qanalı futbolçu dəfələrlə vurğulayıb. O bir zamanlar dünyada ən çox maaş alan futbolçular sırasında olub.

Ronaldinyo

Brazilya millisi və “Barselona”nın (İspaniya) sabiq futbolçusu Ronaldinyo da müflisləşən, həyatının müəyyən dönəmlərində maddı sıxıntılar çəkən futbolçular sırasında olub. Tanınmış futbolçu borclarını ödəyə bilmədiyinə görə, ölkədən çıxışına da qadağa qoyulmuşdu. Eyni zamanada 57 daşınmaz obyektinin fəaliyyəti dondurulmuşdu.

George Haci

“Qalatasaray”ın sabiq futbolçusu maddi sıxıntılarına görə, Ruminya əsas liqasında çıxış edən “Viitorul” klubunu satmışdı.

Qilesspi Kit

İrlandiya milli komanadasının və “Mançester Yunayted”in keçmiş futbolçusu qumara görə, 7 milyon funt-sterlinq itirib və miflis olub. Daha sonra oyunçu bu haqda “Necə varlı futbolçu olmamaq lazımdır?” adlı kitab yazıb.

Kenni Sansom

İngiltərə millisinin sabiq futbolçusu futbolu bitirdikdən sonra biznes qursa da, işləri yolunda getməyib. İçki və qumara qurşanan futbolçu 2014-cü ildə evsiz qalıb. İntihara əl atan oyunçunun həyatını xilas ediblər.

Azərbaycanda da məşhurlaşıb, sonradan işsizliklə üzləşən futbolçular olub:

Vadim Vasilyev

2018-ci ildə mətbuata danışan Vadim Vasilyev bir müddət imknsızlıqdan əziyyət çəkib. Buna görə, millimizin və “Qarabağ”ın sabiq hücumçusu bir müddət çimərliklərin birində xilasedici kimi də işləyib. Sonradan AFFA veteran futbolçunu işlə təmin edib.

Emin Quliyev

“Neftçi”nin sabiq futbolçusu bir müddət çətin günlər yaşasa da, sonradan o da AFFA tərəfindən işlə təmin olunub.

Kamal Quliyev

“Neftçi”nin sabiq futbolçusu avtobus sürücüsüdür. Uzun müddət işsiz qaldıqdan sonra millimizin keçmiş müdafiəçisi sərnişin daşıma ilə məşğul olmağa başlayıb.

Anatoli Banişevski 

Azərbaycan futbolunun canlı əfsanəsi olan Ukrayna əsilli oyunçu və məşqçi həyatının son günlərində kəskin yaddaş zəifliyi ilə üzləşib. Lakin Banişevskinin  müalicə üçün imkan olmayıb. Bunu onun həyat yoldaşı da etiraf edib.Yeni Sabah

  •  (0)
  •  (0)