“Quli düşmənlərini tanıyırdı, amma…” – Rus ekspertbackend

“Quli düşmənlərini tanıyırdı, amma…” – Rus ekspert

Viktoriya Qefter: “Bir çoxu onun üçün belə bir sonun olacağını proqnozlaşdırırdı…”

Merab Suxumski kimi tanınan “qanuni oğru” gürcü əsilli Merab Canqveladze “oğru dünyası”nda yeganə lider olaraq qaldı. AYNA bildirir ki, bu barədə Rusiyanın “Prime Crime” qəzeti yazıb. Qəzetin redaktoru Viktoriya Qefter hesab edir ki, Merab Suxumskini kriminal aləmin yeganə lideri adlandırmaq olar. Çünki o, avqustun 19-da qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (Lotu Quli) ilə bərabərhüquqlu biridir.

“Qulinin ölümü mafiya müharibələrinin nəticəsidir. Bundan sonra bir çoxu rahat nəfəs aldı”, – deyə redactor deyib.

Onu, ümumiyyətlə, sevmirdim…” – “Lotu Quli”ni qətlə yetirən Xanın … 

Xan Əhmədlinski

Qefterin sözlərinə görə, Lotu Qulinin qətlini sürpriz saymaq olar: “Ən böyük sürpriz elə Qulinin özü üçün oldu. Bir çoxu onun üçün belə bir sonun olacağını proqnozlaşdırırdı. Lakin sonun bu qədər tez gələcəyini heç kim düşünmürdü. Quli düşmənlərini tanıyırdı, amma ölümün haradan gələcəyini bilmirdi. Qatili ona yaxınlaşdırıldı və başının arxasından vuruldu”.

“Prime Crime” qəzetinin redaktoru deyir ki, Türkiyə hüquq-mühafizə orqanları bir neçə dəfə Lotu Qulinin həyatına sui-qəsdlərin qarşısını ala bilib: “Lakin bu dəfə bu, baş vermədi. Çünki budəfəki qətl cəhdinə hazırlıq o qədər də nəzərə çarpan deyildi. Avtoritet ən yaxınında olan “qanuni oğru” Xaqan Zeynalov (Xan Bakinski) tərəfindən vuruldu”.

Merab Suxumski

“Cinayəti kimin sifariş verdiyi məlum deyil. Mətbuat Lotu Qulinin öldürülməsini əsas rəqibi olan Rövşən Lənkəranskinin dörd il əvvəl İstanbulda qətli ilə əlaqələndirirlər. Çünki Qulinin əsas düşmənləri, ondan qan alacaqlarını deyən Lənkəranskinin dostları idi. Ancaq Qulinin ölümü çoxlarının maraq dairəsində idi”, – deyə Qefter vurğulayıb.

Azərbaycan əsilli “qanuni oğru”, “Lotu Quli” ləqəbli Nadir Səlifov Türkiyədə qətlə yetirildi. Hadisə Türkiyənin Antaliya şəhərindəki otellərdən birində baş verib. Belə ki, Quli 2020-ci il avqustun 19-da gecə saatlarında onun çevrəsinə daxil olan Xaqan Zeynalov (Xan Bakinski və ya Xan Əhmədlinski) adlı şəxs tərəfindən öldürülüb. Məlumatlara görə, hadisə baş verən zaman Quli oteldəki otaqlardan birində kart oynayırmış. Otaqda Quli ilə kart oynayan şəxsdən başqa avtoritetin mühafizəçisi də varmış. Otağa daxil olan Xan Bakinski heç kimdə şübhə oyatmayıb. Çünki o, çoxdan Qulinin çevrəsində olan adam kimi onun hörmət və etibarını qazanıbmış. Xan Bakinski Qulinin boyun nahiyəsindən dörd güllə vurub. Qulinin mühafizəçisi cavab atəşi açsa da, o, qaça bilib. Amma az sonra polis onu Antalya-Dənizli yolunda saxlayıb.pia.az

  •  (1)
  •  (4)