Qüdsi Osmanov geri çağırılıb? – Səfirdən aqressiv açıqlamabackend

Qüdsi Osmanov geri çağırılıb? – Səfirdən aqressiv açıqlama

Diplomatik mənbələrdən Azsiyaset.com-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov geri çağırılıb.

Məlumatın doğru olub-olmadığını öyrənmək üçün Azsiyaset.com səfir Q.Osmanovla əlaqə saxlayıb.

Ojurnalistin sualına aqressiv şəkildə cavab verərək heç nədən xəbəri olmadığını bildirib:

“işiniz-gücünüz yoxdur? Niyə öz işinizlə məşğul olmursunuz? Mənim heç nədən xəbərim yoxdur”.

XİNin mətbuat katibi Leyla Abdullayeva isə saytımıza açıqlamasında səfir Q.Osmanovun geri çağırılmasından xəbərsiz olduğunu bildirib: “Məndə belə bir məlumat yoxdur”.

Qeyd edək ki, Q.Osmanov 2016-cı ildə Azərbaycanın Moldovada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Hokm.az

  •  (2)
  •  (3)