Qucağında uşağı olan ananı küçədə bıçaqladılar – FOTObackend

Qucağında uşağı olan ananı küçədə bıçaqladılar – FOTO

Qucağında uşaq olan ana mübahisə etdiyi qadın tərəfindən bıçaqlanıb.

Hokm.az “Ölkə.Az”a istinadən xəbər verir ki, hadisə İzmirdə baş verib.
Meryem Çıtırkır adlı qadın 18 aylıq körpəsi ilə qonşusu S.Y.-nin yanına gəlib. Onlar evin qarşısında söhbər edərkən E.E. adlı qadın onların yanına gəlib.

Bir müddət sonra Meryem Çıtırkır ilə E.E. arasında namlum səbəbdən mübahisə baş verib. Mübahisə zamanı E.E üzərindəki bıçağı çıxararaq qucağında uşağı ilə Meryem Çıtırkıra hücum edib. Uşağını qorumaq istəyərkən qadın bədəninin müxtəlif nahiyyələrindən 3 bıçaq xəsarəti alıb. Cinayəti törədən qadın küçədən keçən taksiyə minərək hadisə yerindən qaçıb.

Qonşuların köməkliyi ilə yaralı Meryem Çıtırkır xəstəxanaya çatdırılıb.

Qonşusunun polisə verdiyi ifadəsinə görə,  Meryem Çıtırkır  onunla söhbət edən zaman E.E onların yanına və səbəbsiz yerə mübahisə etməyə başlayıb, daha sonra belindən çıxardığı bıçaqla Meryeme hücum edərək onu bıçaqlayıb.

Polis hadisədən sonra qaçan və çoxlu cinayəti olan E.E.-nin tutulması istiqamətində əməliyyatı davam etdirir.

  •  (0)
  •  (0)