Qubadlıda buraxılan səhv Saleh Məmmədovla Əvəz Qocayevi üz-üzə gətiribbackend

Qubadlıda buraxılan səhv Saleh Məmmədovla Əvəz Qocayevi üz-üzə gətirib

Saleh Məmmədov vəziyyətdən çıxmaq üçün  Füzuli Quliyev vəzifəsindən azad edə bilər Azinforum.az – a özəl mənbələrdən daxil olan məlumata görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov 37 saylı Yol İstismar İdarəsinin müdiri Füzuli Quliyevə töhmət verib. Belə ki, Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVlll əsrə aid məscidi ərazidə yol tikintisi ilə məşğul olan Türkiyənin “Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti”nin sökməsindən sonra məsələyə dövlət başçısı qarışıb. Buna görə tikintiyə cavabdeh olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun ciddi tənbeh edildiyi bildirilir.

Qeyd edək ki, Qubadlıda baş verən hadisədən sonra prezidentin Cəbrayıl və Zəngilan səfəri baş tutdu.  Həmin səfərdə isə kənd təsərrüfatı naziri və bir neçə nazir gözə görünsə də Saleh Məmmədov yox idi. Məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri qəzəbə gəldiyi üçün işğaldan azad olunmuş ərazilərə buraxılmayıb.  Azinforum.az-a daxil olan digər məlumata görə isə Saleh Məmmədov ona edilən xəbərdarlığı və qəzəbi Beyləqan rayon 37 saylı Yol İstismar İdarəsinin müdiri Füzuli Quliyevin üstünə “atıb”.

Belə ki, Saleh Məmmədovun əmri ilə görülən işə nəzarət etmədiyi üçün Füzuli Quliyevə TÖHMƏT verilib. Avtomobil Yolları Dövlət Agentliyindən Azinforum.az-a verilən digər bilgiyə görə yaxın günlərdə Füzuli Quliyev tutduğu və zifədən azad olunacaq. Məlumatda Füzuli Quliyevin Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Saleh Məmmədovun rəqibi Əvəz Qocayevin komandasında olduğu deyilir.

Qeyd edək ki, Xudafərin-Qubadlı-Laçın avtomobil yolu yerli iş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq, tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “37 N-li Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış Türkiyənin “Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti” birgə icra edir.

  •  (0)
  •  (0)