Qubada nə baş verir? – Polis hərəkətə keçdi / AÇIQLAMAbackend

Qubada nə baş verir? – Polis hərəkətə keçdi / AÇIQLAMA

Qubanın Dəlləkli kəndində ayrı-ayrı həyətlərdə ot tayaları yanır, kəndin girişində polis postu qoyulub.

Dəlləkli kənd sakinləri bildirirlər ki, gün ərzində kəndin dörd yerində yanğınlar baş verib, onlara məxsus tayaları  və tövlələri yandırıblar.  Hadisə yerinə Fövqəladı Hallar Nazirliyinin (FHN) Quba Yanğından Mühafizə xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Hokm.az-a verilən məlumata görə, Quba rayonunun Dəlləkli kəndində baş verən yanğınlarda 217 kvadrat metr sahəsi olan 3 tövlənin yanar konstruksiyaları 100 kvadrat metr sahədə yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub.

Bundan əlavə, 42 ton ot bağlamasının 13,1 tonu yanmış, qalan hissəsi isə yanğından mühafizə olunub.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə saytımıza açıqlamada yanğının səbəblərinin hələlik məlum olumadığını bildirib:

“Hazırda yanğının səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır”, – deyə bildirilib.

  •  (1)
  •  (0)