Qubada minik avtomobilləri toqquşub, xəsarət alanlar var – VİDEObackend

Qubada minik avtomobilləri toqquşub, xəsarət alanlar var – VİDEO

Quba rayonunda yol qəzası olub.

Hokm.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “Volkswagen Passat” avtomobilləri toqquşub.

Nəticədə VAZ-da olan Talabı kənd sakinləri – Absalam Seyidəliyev və Mahirə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Regional Diaqnostika və Müalicə Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)