Qoyuna görə mübahisə etdiyi qonşusunu öldürən şəxs İNTİHAR ETDİ – FOTObackend

Qoyuna görə mübahisə etdiyi qonşusunu öldürən şəxs İNTİHAR ETDİ – FOTO

Türkiyənin Balıkesir şəhərində 44 yaşlı Ramazan Eklioğlu adlı şəxs tarlasına girən qoyunlara görə mübahisə etdiyi qonşusu Nedim Kayanı ov tüfəngiylə vurub.

Hokm.az milli.az-a istinadən xəbər verir ki, qonşusunu öldürdükdən sonra ərazidən uzaqlaşan Ramazanı polislər axtarmağa başlayıblar.

Şübhəlinin yaxalanması üçün axtarışa başlayan polislər eyni məhəllədəki bir çardaqdan Eklioğlunun meyitini tapıblar. Ekspertiza zamanı Eklioğlunun qonşusunu öldürdüyü eyni tüfənglə intihar etdiyi məlum olub.

 

  •  (0)
  •  (0)