Qohumu 32 yaşlı kişini güllələyərək öldürdübackend

Qohumu 32 yaşlı kişini güllələyərək öldürdü

Bərdə rayonunda güllələnmə hadisəsi baş verib.

Hokm.az xəbər verir ki, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb.

Belə ki, 1990-cı ilə təvəllüdü Hüseynov İsrafil Hümbət oğlu odlu silahdan atılmış iki güllə yarası alıb.

Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək dərhal əməliyyat edilib. Xəstəxanadan əldə edilən məlumata görə, yaralının vəziyyəti ağırdır.

Hadisənin baş vermə səbəbi tam olaraq məlum deyil. Faktla bağlı araşdırma başlanıb.Trend

  •  (0)
  •  (0)