Avqustun 18-də saat 15 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.
Hokm.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Saray qəsəbə sakini K.Hümmətovun idarə etdiyi “ZİL MMZ-4505” markalı və Bakı şəhər sakini E.Muradovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub.
Nəticədə E.Muradovun sərnişini Könül Mikayılova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.