Rusiyada da maraqla izlənən “Kara Sevda” serialında Emir rolunu canlandıran aktyor Kaan Urqancıoğlu onunla şəkil çəkdirmək istəyən rus qızların hücumuna məruz qalıb.
Hokm.az xəbər verir ki, 37 yaşlı aktyorı həmkarları və dostları: Seçkin Özdemir, Bora Cengiz və Sarp Can Köroğlu ilə birlikdə futbol üzrə dünya çempionatının oyunlarını stadiondan canlı izləmək üçün Rusiyaya gedib.
Film və serial ulduzlarını görən pərəstişkarları, xüsusilə qızlar Kaan Urqancıoğlu ilə şəkil çəkdirmək üçün növbəyə düzülüb. Nəticədə Qızıl Meydanda izdiham yaranıb. Səmimi rus gözəlləri kino ulduzuna yaxınlaşaraq ona olan sevgilərini ifadə ediblər.
Sözügedən kadrlar aktyorun adına açılan instaqram səhifələrində paylaşılıb və qısa müddətdə bəyənilmə rekordu qırıb.Publika.az

































