Türkiyənin İzmir şəhərində sakinlərdən biri evini yandırıb.
Hokm.az xəbər verir ki, şəhərin Güzəltepe məhəlləsində A.A adlı şəxs həyat yoldaşı və qızının mənzildə olduğunu bilə-bilə evin üzərinə yandırıcı maye tökərək od vurub. Ana və qızı qonşuların və digər şəxslərin köməkliyi ilə ölümdən xilas edilib.
Ailə üzvləri ilə birgə evini yandıran şəxs isə qaçaraq gizlənib.
Hadisənin ailəmünaqişəsi zəminində baş verdiyi bildirilir.