“Qız uşağı doğulmasın deyə, yoldaşınızı aborta məcbur etdiniz”backend

“Qız uşağı doğulmasın deyə, yoldaşınızı aborta məcbur etdiniz”

Xalq artisti Faiq Ağayev 20 yaşlı Sevil Atakişiyevanın intiharına münasibət bildirib.

Hokm.az axşam.az-a istinadən bildirir ki, müğənni sosial şəbəkədə yayımladığı statusunda bunları qeyd edib:

“Nə kimi əməlisalehlik etmişiniz bu həyatda?

• Həddi-buluğa çatmayan qız uşağını ərə verənlərə “el adətidir” deyib, bəraət qazandırdınız.
• Zorlanan qıza yox, cinayətkara can yandırdınız.
• Özgənin halal zəhmətlə qazandığı mal-mülkünə qarətçi göz dikib, “haramla yığıb da!” dediniz.
• Qız uşağı doğulmasın deyə, nəsillikcə şiddət göstərib, həyat yoldaşlarınızı aborta məcbur etdirdiniz.
• Uşaqlarınızın gələcəyini düşünmədən “həzmi-rahat” edib, onları təhsildən uzaqlaşdırıb, bu gününüzə qurban etdiniz.

İndi də intihar edənləri, araşdırmadan, “Allaha qarşı çıxdı” adıyla, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz. Yaradana ən böyük itaətsizlik edənin, ona qarşı çıxanın ən yekəsi elə özünüzsünüz. Özünüzdən başlayın bu dünyanı səliqə-sahmana salmağa. Əlbət ki, onda Allah özü sizə yar və yardımçı olar”.

  •  (1)
  •  (0)