Qırıcılarımız Bosfor üzərində uçacaqbackend

Qırıcılarımız Bosfor üzərində uçacaq

Sabah Bakı vaxtı ilə saat 12:00-12:30-da Azərbaycan və Türkiyə qırıcıları Bosfor boğazı üzərində uçuşlar keçirəcək.

Hokm.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Texnofest-2021″ Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində gerçəkləşdiriləcək nümayiş uçuşunda Azərbaycan Hərbi Hava Qüvvələrinə aid qırıcılar, Türk Ulduzları və Solotürk F-16 komandalarına aid təyyarələr iştirak edəcək.

” “Texnofest”dən əvvəl Hərbi Hava Qüvvələrimizə məxsus təyyarələr və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcıları Bosfor boğazı üzərində bir salamlama uçuşu həyata keçirəcək” – nazirliyin məlumatında qeyd olunub.

  •  (2)
  •  (0)