Qırğızıstanda prezidentin səlahiyyətlərini bu şəxs icra edəcək – FOTObackend

Qırğızıstanda prezidentin səlahiyyətlərini bu şəxs icra edəcək – FOTO

Qırğızıstanın yeni Baş naziri Sadır Japarov Bişkekin Köhnə meydanında toplaşan aksiya iştirakçılarına müraciət edərək ölkə Prezidentinin səlahiyyətlərini təhvil aldığını elan edib.

Hokm.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri yerli mənbələrə istinadən məlumat yayıb.

“Hörmətli mitinq iştirakçıları, sizi qələbəniz münasibəti ilə təbrik edirəm. Keçmiş prezident istefa verid, parlamentin spikeri Kanat İsaev isə onun vəzifələrini yerinə yetirmək istəmədi. İndi Prezidentin və Baş nazirin səlahiyyətlərini mən icra edirəm. Mənə etibar etdiyinizə görə sizə təşəkkür edirəm”, – S.Japarov meydanda yığışanların qarşısında çıxış edərkən söyləyib.publika.az

  •  (0)
  •  (0)