Qırğızıstan-Tacikistan sərhədində son vəziyyətbackend

Qırğızıstan-Tacikistan sərhədində son vəziyyət

Cümə axşamı iki dövlətin hərbçiləri arasında toqquşmaların baş verdiyi Qırğızıstan-Tacikistan sərhədində vəziyyət sabitləşib.

Hokm.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov bildirib.

“Qırğızıstan Respublikasının Batken vilayətindəki vəziyyət sabitləşib və ölkə Prezidentinin nəzarəti altındadır. Qırğızıstan Respublikasının Baş nazirinin birinci müavini Artyomm Novikov başda olmaqla, Batken vilayətində işçi qrupu fəaliyyət göstərir. İşçi qrupu gəldiyi andan etibarən münaqişənin həlli ilə bağlı bir sıra tədbirlər həyata keçirib”, – Prezidentin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, dövlət sərhədində gərginliyin artmasına yol verilməməsi ilə bağlı tədbirlər görülür.

  •  (0)
  •  (0)