Qırğızıstan MSK parlament seçkilərinin nəticələrini ləğv etdibackend

Qırğızıstan MSK parlament seçkilərinin nəticələrini ləğv etdi

Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 4-də keçirilmiş parlament seçkilərinin nəticələrini etibarsız hesab edib.

Hokm.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Komissiya üzvü Gulnara Curabayeva bildirib.

Onun sözlərinə görə, MSK-nın iclasında 12 səslə seçkilərin nəticələrinin ləğv olunması qəbul edilib.

Yaxın zamanlarda növbəti seçki tarixinin açıqlanması gözlənilir.

  •  (0)
  •  (0)