Qəzza zolağına aviazərbələr zamanı ölənlərin sayı açıqlandıbackend

Qəzza zolağına aviazərbələr zamanı ölənlərin sayı açıqlandı

İsrailin Qəzza zolağına hava zərbələri nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Fələstinin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidr deyib. Onun sözlərinə görə, Qəzza sektoruna hava zərbələri nəticəsində anklavda 30 fələstinli həlak olub. Onlardan 10-u uşaq, 1-i qadındır. 203 nəfər isə yaralanıb.

Xatırladaq ki, İsrail ordusu açıqlama yayaraq Qəzza sektorundan İsrail ərazisinə raketlərin atıldığını, onların çoxunun “Dəmir Günbəz” raketdən müdafiə sistemi tərəfindən zərəsizləşdirildiyini bildirib. Qeyd olunub ki, İsrail hərbçiləri buna cavab olaraq “HƏMAS” hərəkatının obyektlərinə aviazərbələr endirib.

  •  (0)
  •  (0)