Qətər XİN rəhbəri Talibanın rəsmisi ilə görüşdübackend

Qətər XİN rəhbəri Talibanın rəsmisi ilə görüşdü

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani paytaxt Dohada Talibanın Qətər Siyasi Bürosunun rəhbəri  Molla Əbdül Qani Braderlə  görüşüb.  

Hokm.az xəbər  verir ki, bununla bağlı xarici işlər naziri sosial  media  hesabında paylaşım edib.

“Bu səhər Dohada Taliban heyəti ilə görüşdük. Dinc bir keçid prosesinin qurulmasının,  Əfqanıstanda istənilən sabitliyin hərtərəfli siyasi razılaşma yolu ilə həll edilməsinin zəruriliyini müzakirə etdik”, – deyə  paylaşımda bildirilib. unikal.org

  •  (0)
  •  (0)