Qeyd edək ki,həmin gecə 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub.106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib,76 uşaq yaralanıb, 1275 dinc sakin əsir götürülüb.Əsir götürülən 150 nəfərin taleyi isə hələ də məlum deyil.
Hokm.az xəbər verir ki, Qərbi Azərbaycan İcması -Azərbaycan Qaçqınlar Cəmiyyəti Xətai rayonunda ucaldılmış ,“Ana harayı” abidəsini ziyarət edib. İcma sədri Əziz Ələkbərov və Qərbi Azərbaycan İcmasının üzvləri abidənin önünə tər qərənfillər düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.
Ə. Ələkbərov qeyd edib ki, Azərbaycan xalqının Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini belə izdihamla yad etməsi eyni zamanda, bu faciənin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq. Xocalı faciəsi yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir.Analoq.az





















