Qənirə Paşayeva daha bir şəhid anası ilə görüşdübackend

Qənirə Paşayeva daha bir şəhid anası ilə görüşdü

MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid Vüsal Məmmədovun anası Mahirə Nemət qızı Məmmədova ilə görüşüb.

Hokm.az xəbər verir ki, millət vəkili qəhrəman şəhidimizin həyat və döyüş yolu ilə maraqlanıb, öz ürək sözlərini bölüşüb.

Bildirilib ki, Vüsal Azərbaycan Milli Aviasiya Akademiyasında ali təhsil alıb. 2019-cu ilin aprelində hərbi xidmətə başlayıb. O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə cəlb olunub, Talış, Suqovuşan, Ağdərə istiqamətində fədakarlıqla vuruşub və oktyabrın 10-da Suqovuşanda şəhid olub.

Vüsal Məmmədov “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

“Vüsal kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmadı, düşməndən ağır intiqam alındı və torpaqlarımız işğaldan azad olundu. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətənpərvər övlad böyütdüyünüz üçün təşəkkür edirik!” – millət vəkili deyib.

Qəhrəman şəhidimizin anasına Komitə adından təşəkkür məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.

Görüşdə millət vəkili Məşhur Məmmədov və RHİM İB sədri Arzu Bağırova da iştirak edib.

  •  (0)
  •  (0)