Qənirə Paşayeva da parlament seçkilərinə qatılırbackend

Qənirə Paşayeva da parlament seçkilərinə qatılır

Beşinci çağırış Milli Məclisin deputatı Qənirə Paşayeva gələn ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

 

Hokm.az Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün feysbuk hesabında yazıb:

 

“Milli Məclisdə şərəflə və qürurla təmsil etdiyim 105 saylı Tovuz seçki dairəsindən yenidən deputatlığa namizədliyimi irəli sürməyə qərar verdim. İnanıram ki, seçicilərimin təkrar etimadını qazanacaq və növbəti 5 ildə də onları ləyaqətlə təmsil edəcəm”.

  •  (0)
  •  (0)