Qənirə Paşayeva “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun prezidenti və I vitse-prezidenti ilə görüşübbackend

Qənirə Paşayeva “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun prezidenti və I vitse-prezidenti ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Cavad xanın kötücəsi, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun prezidenti Valid Xan Ziyatlı və Fondun I vitse-prezidenti Müzadil Həsənovla görüşüb. Komitə sədri Fondun həyata keçirdiyi və planlaşdırdığı layihələrlə tanış olub, ürək sözlərini bölüşüb: “Fondunuz tariximiz, mədəni irsimiz, qəhrəmanlarımızın həyatının öyrənilməsi və təbliği sahəsində özünəməxsus, ardıcıl fəaliyyətlər həyata keçirir.
Siz və yaxınlarınız 44 günlük Vətən Müharibəsi dönəmində, xain düşmənin Gəncəyə raket zərbələrindən zərər çəkmiş ailələrə, ümumən şəhid ailələri və yaralı qazilərmizə öz dəstəyinizlə seçilmisiz.
Azərbaycan tarixi zəfər qazanmışdır! Tanrı bütün şəhidlərimizə rəhmət eləsin! Babanız Cavad Xanın ruhunun şad olduğu bugünlərdə Sizi tarixi zəfər münasibəti ilə təbrik edir, ən xoş diləklərimizi yetirirəm!
Ümidvaram Nizami İlindəki layihələriniz də uğurlu olacaq”!
Valid Xanl Ziyatlı Qənirə Paşayevayanı “Cavad Xan” Tarix və Mədəniyyət Fondu adından ödül və xatirə nişanı ilə təltif edib.
Q.Paşayeva Fond rəhbərliyinə Komitənin Təşəkkür Məktubunu və üzərində “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.
Fond rəhbərliyi səmimi görüş və fikir mübadiləsinə görə Q.Paşayevaya təşəkkür edib.
  •  (0)
  •  (0)