Qəddafinin oğlunun prezidentliyə namizədliyi etirazla qarşılanıb – “Müharibə çıxaracaq…”backend

Qəddafinin oğlunun prezidentliyə namizədliyi etirazla qarşılanıb – “Müharibə çıxaracaq…”

Liviyanın Tripoli və Misrata şəhərlərində yüzlərlə insan ölkənin şərqindəki qeyri-qanuni silahlı qüvvələrin lideri Xəlifə Haftar və Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin oğlu Seyfulislam Qəddafinin prezident seçkilərinə qatılmalarına reaksiya verib.
Hokm.az xəbər verir ki, yüzlərlə liviyalı paytaxt Tripolinin Şəhidlər Meydanına toplaşaraq dekabrın 24-nə planlaşdırılan seçkilərdə Haftar və Qəddafinin namizədliyinə etiraz edib.
“Namizədliyə yox” yazılmış plakatlar daşıyan nümayişçilər üzərlərində üstündən xətt çəkilmiş fotoşəkilləri olan Haftar və Qəddafinin ərizələrinin ləğvini tələb ediblər.
Etirazçılar “Qatillər prezidentliyə namizəd ola bilməz”, “Konstitusiyaya zidd seçkilər müharibəyə gətirib çıxarır” və “Hərbi idarəçiliyə və müharibə cinayətkarlarına yox” yazılı plakatlarla namizədlərə reaksiyalarını bildiriblər.
Qeyd edək ki, Seyfulislam Qəddafi noyabrın 14-də, Xəlifə Haftar isə noyabrın 16-da prezident seçkiləri üçün müraciət edib.

Liviya Yüksək Seçki Komissiyası tərəfindən verilən yazılı açıqlamada prezident seçkiləri üçün müraciət edən namizədlərin sayının 23-ə çatdığını bildirib.
Dekabrın 24-də ölkədə keçiriləcək seçkilərdə Haftar və Qəzzafi ilə yanaşı, keçmiş daxili işlər naziri Fəthi Başağa da namizədlik üçün müraciət edib.Sfera.az

 

  •  (0)
  •  (0)