“Qəbələ”nin futbolçusu xəstəxanalıq oldubackend

“Qəbələ”nin futbolçusu xəstəxanalıq oldu

Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında “Dinamo” ilə qarşılaşan “Qəbələ” ciddi itki ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın ilk hissənin sonlarına yaxın “qırmızı-qaralar”ın mərkəz müdafiəçisi İvitsa Yunişlə digər müdafiəçi Rasim Ramaldanov toqquşub.

Nəticədə Yuniş ağır xəsarət alıb. Huşunu itirən futbolçu xərəklə meydandan çıxarılıb. O, daha sonra ambulansla xəstəxanaya aparılıb. İlkin məlumata görə, xorvatiyalı futbolçunun almacıq sümüyü sınıb.

Hokm.az

  •  (0)
  •  (0)