Qəbələdə dağlıq ərazi yanırbackend

Qəbələdə dağlıq ərazi yanır

Fövqəladə Hallar Nazirliyində (FHN) Qəbələdə baş vermiş yanğınla bağlı məlumat yayıb.

Hokm.az-a daxil olan məlumatda deyilir:

“112” qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır.

Əlavə məlumat veriləcək”.

  •  (0)
  •  (0)