Qazın verilməsi müvəqqəti dayandırılacaq – RƏSMİbackend

Qazın verilməsi müvəqqəti dayandırılacaq – RƏSMİ

Zaqatala və Balakəndə qaz olmuyacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Zaqatala” və “Balakən” QPS-lərdə quraşdırılmış qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə əlaqədar 1 dekabr 2021-ci il tarixində saat 09:00-da qaz təchizatı işlər bitənədək dayandırılacaq.

Qaz təchizatının dayandırılması Zaqatala (rayon mərkəzi və rayonun 10 kəndi) və Balakən rayonlarının (şəhər və rayonun 55 kəndi) bir hissəsini əhatə edəcək.

  •  (0)
  •  (1)