Qazimiz 6 dəfə vuruldu, möcüzə ilə qurtuldu- “Snayper qolumu dağıtdı”backend

Qazimiz 6 dəfə vuruldu, möcüzə ilə qurtuldu- “Snayper qolumu dağıtdı”

Hokm.az olaraq Vətən Müharibəsinin qəhrəmanlarını tanımağa və tanıtmağa davam edirik.

Bu dəfə daha bir qazimiz, Beyləqan rayon, Qəhrəmanlı qəsəbəsində yaşayan Səbuhi Məmmədovu ziyarət etdik.

Cəbhənin ən ağır nöqtələrindən biri olan Füzuli rayonunun işğal edilmiş Aşağı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə iştirak edən Səbuhi Məmmədov 6 güllə yarası alıb.

3 uşaq atası olan Səbuhi Məmmədov həyatda qalmasını möcüzə hesab edir. Qazimizin indi ən böyük problemi anadangəlmə iflic olan övladına kömək edilməsidir.

Qazimizin evindən hazırladığımız videoreportajı təqdim edirik.

  •  (0)
  •  (0)