Qazaxıstanda rus dili rəsmilik statusunu itirdibackend

Qazaxıstanda rus dili rəsmilik statusunu itirdi

Qazaxıstanda rəsmi dil statusunda olan rus dilinin başda reklam lövhələri olmaqla vizual məlumatlarda məcburi istifadəsi ləğv edilib.

Hokm.az xəbər verir ki, Qazaxıstan Prezidentinin “Akorda” internet saytında edilən paylaşıma görə, Prezident Kasım-Jomart Tokayev “Vizual məlumat haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Yeni dəyişikliyə əsasən, vizual məlumatlarda, xüsusən reklam lövhələrində rus dilinin məcburi istifadəsi ləğv edilib.

Buna əsasən, reklam, qiymət etiketləri, menyular, yol nişanları, kənd və tarixi yerlərin adları, xüsusilə reklam lövhələri kimi əyani məlumatlar yalnız dövlət dilində (qazax dilində-red.) yazılacaq.

Özəl müəssisələrin tələbi ilə qazax dili ilə yanaşı rus və digər dillərdən də istifadə etmək mümkün olacaq.

Məhsulun qablaşdırılması və ictimai binaların lövhələrindəki ifadələr iki dildə yazılmağa davam edəcək. Bununla belə, qazax dilində məlumat məhsulun qablaşdırılmasında səhvsiz təqdim edilməlidir.

Bundan əlavə, qazax dilinə tərcümələrin keyfiyyətinə və xarici filmlərin dublyajına diqqət yetiriləcək.

Qazaxıstanın Konstitusiyasında qazax dili dövlət dili statusunda, rus dili isə rəsmi dil kimi göstərilir.Publika.az

  •  (1)
  •  (0)