Qazaxıstanda qaz və benzin qiymətləri ilə bağlı yeni QƏRAR VERİLDİbackend

Qazaxıstanda qaz və benzin qiymətləri ilə bağlı yeni QƏRAR VERİLDİ

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə sosial-iqtisadi vəziyyəti sabitləşdirmək məsələləri üzrə bir sıra tapşırıqlar verib.

Hokm.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Prezident Kasım-Jomart Tokayev sosial-iqtisadi vəziyyətə dair məsələlərlə bağlı müşavirə keçirib.

Məlumata görə, sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi proqramında dövlət başçısının verdiyi tapşırıqları maye qaz, benzin və dizel yanacağının qiymətinin dövlət tərəfindən 180 günə tənzimlənməsi, “Fiziki şəxslərin müflisləşməsi haqqında” qanunun hazırlanmasına başlanılması, gündəlik tələbat mallarının qiymətinin dövlət tərəfindən tənzimlənməsi, kommunal xitmətlərin qiymətlərinin bahalaşmasına 180 gün moratorium tətbiq edilməsi, səhiyyə sahəsində və uşaqların sağlığında problemlərin həlli üçün dövlət və özəl sektorun maliyyələşdirəcəyi “Qazaxıstan xalqı” fondunun yaradılması və s. məsələlər var.

Əlavə edilir ki, Tokayev “sosial əhəmiyyətli ərzaq məhsullarının qiymətlərinin dövlət tənzimlənməsinin tətbiqi”, “180 gün müddətində əhali üçün kommunal tariflərin artırılmasına moratoriumun tətbiq edilməsi zərurətini nəzərdən keçirmək”, “icarə haqlarının subsidiyalaşdırılması məsələsinə baxılması” barədə göstəriş verib.Redaktor.az

  •  (0)
  •  (0)