Qazaxıstanda ölkə boyu fövqəladə vəziyyət elan edildibackend

Qazaxıstanda ölkə boyu fövqəladə vəziyyət elan edildi

Qazaxıstanın hər yerində fövqəladə vəziyyət elan edilib.

Hokm.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Bildirək ki, Qazaxıstanda etiraz aksiyaları yeni ilin ilk günlərində başlayıb. Neft hasil edən Manqistau vilayətində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri avtomobillərin yanacağı kimi istifadə olunan maye qazın qiymətinin iki dəfə artırılmasına etiraz olaraq aksiya keçiriblər.

Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaratmağı tapşırıb. Yanvarın 4-də hakimiyyət etirazçıların əsas tələbini yerinə yetirməyə – qazın qiymətinin aşağı salınmasına hazır olduqlarını bəyan edib. Buna baxmayaraq, etirazlar digər şəhərlərə də yayılıb.

Respublikada internet və messencerlərin işinə məhdudiyyətlər qoyulub. Prezident Almatı və Manqistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Dərhal sonra komendant saatı tətbiq edilib. Kütləvi tədbirlər məhdudlaşdırılıb.

Yanvarın 5-də səhər saatlarında Tokayev hökuməti istefaya göndərib və altı ay ərzində maye qaz və benzinin qiymətlərinin dövlət tənzimlənməsini tətbiq etməyi tapşırıb. O, həmçinin Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsini öz üzərinə götürdüyünü və vəziyyəti həll etmək üçün yeni tədbirlər gördüyünü açıqlayıb.

  •  (0)
  •  (0)