Qazaxıstana qoşun göndərdiyinə görə Paşinyan tənqid olundubackend

Qazaxıstana qoşun göndərdiyinə görə Paşinyan tənqid olundu

Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində Qazaxıstana erməni hərbçilərindən ibarət hərbi kontingent göndərən Ermənistanın baş naziri Nikol Paşinyan tənqid hədəfinə çevrilib.

Hokm.az Publika.az-a istinadla xəbər verir ki, erməni siyasətçi Andranik Ticanyan baş naziri Qazaxıstana qoşun göndərməkdə qınayıb:

“Adama deyərlər ki, sənin qoşunun var idisə, niyə 44 günlük müharibədə məğlub oldun. Öz dövlət sərhədlərini qorumağa əsgərləri çatışmayan ölkə Qazaxıstana kontingent göndərir. Doğrusu, onların sayını bilmirəm, amma məndə olan məlumata görə, hazırda Şorca istiqamətində əsgər çatışmazlığı yaşayırıq. Elə Zəngəzurda da eyni durumdur. O zaman sən niyə öz qoşununu Qazaxıstana asayiş qorumağa yollayırsan?! Paşinyanı başa düşə bilmirik. Bu, sadəcə ağılsızlıqdır”.

Digər müxalifətçi deputatlar da KTMT tərkibində Qazaxıstana hərbi kontingent göndərdiyi üçün Paşinyanı ciddi şəkildə tənqid etməkdə davam edirlər.

  •  (0)
  •  (1)