Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın 18 Oktyabr – Müstəqillik Gününü təbrik edib.
Hokm.az Trend-ə istinadən bildirir ki, bu barədə nazirliyin Tvitter səhifəsində paylaşım edilib.
Paylaşımda deyilir: “Əziz həmkarlar, qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik! Tərəqqi və firavanlıq arzu edirik!”.
















