Qazaxda yeni doğulmuş uşaq vəfat edib.
Hokm.az Qafqazinfo-ya istinadla xəbər verir ki, dünən saat 23:00 radələrində rayonun Kosalar kənd sakini, 1996-cı il təvəllüdlü Könül Şabanova doğuş sancıları ilə Qazax Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib.
Bir neçə dəqiqə sonra uşaq dünyaya gəlib. Lakin az sonra yeni doğulmuş uşaq nəfəs çatışmazlığı səbəbindən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.