Qazaxda hoteldə Qazaxıstan vətəndaşının meyiti tapılıbbackend

Qazaxda hoteldə Qazaxıstan vətəndaşının meyiti tapılıb

Qazax rayonunda, Qırmızı Körpü sərhəd keçid məntəqəsinə yaxın ərazidə yerləşən hotellərin birində kişi meyiti aşkarlanıb.

Hokm.az APA-ya istinadla xəbər verir ki, rayonun İkinci Şıxlı kəndi ərazisində yerləşən “Qala” hotelində meyiti tapılan şəxsin Qazaxıstan vətəndaşı, 1978-ci il təvəllüdlü S.Vitali olduğu bildirilir.

Meyitin üzündə çapıq izi olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov bildirib ki, ilkin versiyaya görə, həmin şəxs içkili olub və çox güman ki, özünü pis etdiyindən yıxılıb. Bu zaman onun alnı yerə dəyib və çapıq əmələ gəlib.

E.Qasımov ölümün dəqiq səbəbinin araşdırmalardan sonra məlum olacağını əlavə edib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

  •  (0)
  •  (0)