“Qayınatamla aramızda heç nə olmayıb” – Şamaxıdakı gəlindən xəyanət iddialarına son qoydu – FOTObackend

“Qayınatamla aramızda heç nə olmayıb” – Şamaxıdakı gəlindən xəyanət iddialarına son qoydu – FOTO

Şamaxı rayonu, Sabir Qəsəbəsi sakini Aytən Adıgözəlova keçmiş qaynanası Hüsniyyə Mehdiyeva və keçmiş həyat yoldaşı Firudin Mehdiyevin onun barəsində səsləndirdiyi iddialara “Ölkə.az” vasitəsilə cavab verib.

– Aytən xanım, haqqınızda səsləndirilən iddialarla bağlı sizinlə danışan olubmu?

– Xeyr.– O zaman buyurun, biz sizə bu imkanı yaradırıq.

– Mənim məhkəməm də olub və məhkəmədə üzləşmə də keçirilib. Keçmiş qaynanam və həyat yoldaşım mənim şərəf və ləyaqətimi yerlə yeksan edib. İki oğul anasıyam, onlar gələcəyin əsgərləridir. Doqquz il ailəli olmuşuq. Doqquz il ərzində danışmayıblarsa, qaynanam indi niyə mənə şər atır?

– Sizcə, barənizdəki bu iddiaların səbəbi nədir?

– Hamının öz taleyi, öz qisməti var. Mən də öz taleyimlə barışmışdım ki, həyat yoldaşım xəstədir. Həyat yoldaşımın xəstəliyini qəbul etmişdim. Firudinin özünə qalsaydı, onunla övladlarımın xatirinə dolana bilərdim.  Alma, armud deyil ki, pis çıxdığına görə təzədən gedib bazardan alım. Heç kəs namusunu çölə atmayıb. Mən niyə bu vəziyyətdə anamın evinə qayıtmalıydım. Bir qardaşım evlidir, digəri isə subaydır, hazırda cəbhədədir. O da gəlib ailə quracaq. Anamgil hazırda Şamaxının Sabir qəsəbəsində kirayədə yaşayırlar.

– Bildiyim qədər öz səhhətinizdə heç bir problem yoxdur, amma özünüzün də qeyd etdiyiniz kimi Firudin bəyin sağlamlığında müəyyən narahatlıqlar var. Nə əcəb onunla ailə qurmağa razı oldunuz? Görünür ki, çox sevmisiniz… 

– Qohumların vasitəsilə telefonda danışmışıq. Mənim də onlardan danışacağım şeylər çoxdur. Çıxıb on milyon insanın qarşısında bu cür sözləri deməyə ehtiyac yox idi. Axıra qədər bu işin ardınca gedəcəyəm. Artıq aidiyyatı orqanlara şərəf və ləyaqətimin alçaldılmasıyla bağlı müraciət etmişəm.

– Məhkəmədə sizin keçmiş qaynatanızla münasibətiniz sübuta yetirilibmi?

– Polis gəldi evdə izahatımı aldı və sonradan zəng etdilər ki, üzləşməyə gələr bilərsiniz? Dedim, niyə gəlmirəm?

– Konkret cavab vermədiniz…

– Üzləşməyə gedəndə qaynanamla yoldaşım da orada olub. Məhkəmədə də deyirlər ki, aliment verməyəcəyəm. Axı nəyə görə? Məgər mən atam evindən iki uşaqla getmişdim? İşimizə Şamaxı Məhkəməsinin hakimi Etibar Hümbətov baxıb. Yoldaşım deyir ki, yoldaşımı atamla tutmuşam. Soruşdum ki, əlində sübutun var?

– Rəsmən nə zaman boşanmısınız?

– 2020-ci ilin iyul ayının 6-da rəsmən boşanmışıq.

 Aytən xanım, siz suala konkret cavab vermirsiniz. Keçmiş qaynatanız Namiq Mehdiyevlə aranızda deyilən münasibət olubmu?

– Xeyr, şər-böhtandır. Hazırda uşaqlarım xəstədir deyə, başım qarışıqdır. Mən də onlar barədə polisə müraciət edəcəyəm.

– Bəs Namiq Mehdiyevdən sizə qarşı nalayiq təklif olubmu?

– Xeyr, olmayıb. Sadəcə onların çoxdankı fikri idi ki, məni evdən çıxartsınlar.

– Firudin Mehdiyev bildirir ki, qaynatanız sizə açıq-saçıq geyimlər alırmış…

– Boş şeydir. Ona qalsa, ürəyimdə o qədər sirlər daşıyıram ki…Adı geyimimə də qarışıb. Amma qaynatam yox, mənə qaynanam geyim seçib, alıb. Heç vaxt özümə geyim almamışam. Məni Nüyüdü kəndindən soruşun. Əgər vicdanları varsa, necə gəlin olduğumu desinlər. Heç doqquz il ərzində baldızımın da evinə getməmişəm. Heç məhəllənin o başından bir qab su da gətirməmişəm. Qaynanam Bakıya gedəndə suyu baldızımın ikinci sinifdə oxuyan qızından xahiş edirdim, gətirirdi. O qız mənim yanımda qalırdı. \

– Bəs nə əcəb bu qədər haqlı olduğunuz halda belə bir iddiayla boşanmağa razı oldunuz? 

– Haqqımda nə deyilibsə, hamısı böhtandır. Onlar da bundan sonra görəcəklər ki, nələr olacaq. Deyirlər ki, analiz ver. Mən elə-belə analiz verməyəcəyəm, uşaqlarımdan da analiz götürülməyinə yalnız bir halda icazə verərəm.  Amma bir şərtlə ki, dövlət onlara bu şər=böhtana görə cəza verəcək. Cəza kəsilmədən uşaqlarımdan analiz götürülə bilməz.

– Həyat yoldaşınızla boşandıqdan sonra keçmiş qaynatanızla bu barədə söhbətiniz olub?

– Bu işdə qaynatamın da günahı var. Niyə özü gedib həll etmir? Bütün böhtanlar mənim ünvanıma atılır. Onların ailəsində boşanmaq adi haldır. Özünüz də maraqlana bilərsiniz. Qaynatamın bacıları o vaxt mənimlə danışırdılar, indi heç bir əlaqəmiz yoxdur.

– Firudin Mehdiyev iddia edir ki, siz ona qarşı diqqətsiz davranmısınız…

– Heç nə demirəm, Allahı bilsin, özü bilsin. Qaynanamdan soruşdum ki, sənin qızların yoldaşını qoyub qarşısına üzünü qırxırmı? Amma mən Firudinin üzünü qırxırdım.

Qeyd edək ki, ana-oğul ailənin keçmiş üzvü olan gəlinin öz qayınatası Namiq Mehdiyevlə ər-arvad münasibətində olduğunu iddia edirdilər.

  •  (1)
  •  (0)