Qaxda sel maşınla buldozeri belə aparıb- VİDEObackend

Qaxda sel maşınla buldozeri belə aparıb- VİDEO

Ötən gün axşam saatlarında Qax rayonuna, eləcə də rayonun dağlıq ərazilərinə güclü yağış yağıb.
Hokm.az qafqazinfoya istinadən xəbər verir ki, yağışın güclü olması rayonun ən böyük çaylarından biri olan Kürmük çayına sel gəlməsi ilə nəticələnib.

Sel nəticəsində çay məcrasında bənd tikintisi işləri aparan təşkilata məxsus “ZİL” markalı avtomobil və bir ədəd ağır tonnajlı buldozeri sel aparıb. Hər iki texnika yararsız vəziyyətə düşüb.

  •  (1)
  •  (0)