“Qarpız COVID-19 xəstələrini sağaldır” – Rusiyalı həkimlərdən “hər gün, bu şərtlərlə yeyin” açıqlamasıbackend

“Qarpız COVID-19 xəstələrini sağaldır” – Rusiyalı həkimlərdən “hər gün, bu şərtlərlə yeyin” açıqlaması

Qarpız koronavirusdan sağalan  insanlar üçün faydalıdır.
Hokm.az Sfera.az-a istinadla bildirir ki, terapevt Yelena Tixomirova və pediatr Marina Lerman bu barədə danışıb.
“COVID-19 keçirmiş insanlar üçün qarpız çox faydalıdır, çünki onu qırmızı rəngə boyayan güclü antioksidant müdafiəsi var. Bundan əlavə,  qarpız C vitamininin mənbəyidir “,- deyə Tixomirova açıqlayıb.
Pediatr Marina Lermanın sözlərinə görə, qarpız orqanizmdən toksinləri və şlakları çıxarmağa qadirdir, həmçinin ürək -damar sistemini gücləndirməyə kömək edir. Amma süd və mayalanmış süd məhsulları, eləcə də  duzlu və yağlı qidalarla birlikdə istifadə edilməməlidir. Pediatrın sözlərinə görə, bu birləşmə səbəbilə bədəndə zəhərlənmə və maye tutma riski yarana bilər.

Bir müddət əvvəl rusiyalı həkimlər uşaqlar və böyüklər üçün qarpızın gündəlik normasını açıqlamışdılar. Uşaqlar üçün gündəlik norma 80 -150 qram, böyüklər üçün isə 500 qram təşkil edir. Bu arada, unutmaq olmaz ki, qarpız karbohidratla zəngin qidalarla qarışdırılmadan, ayrıca istehlak edilməlidir.

  •  (0)
  •  (2)