“Qarınqulu” layihəsilə bağlı tender ləğv olundu – Nazirliyə tapşırıq verildibackend

“Qarınqulu” layihəsilə bağlı tender ləğv olundu – Nazirliyə tapşırıq verildi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarəti Xidməti Mədəniyyət Nazirliyinə “Qarınqulu” tammetrajlı animasiya filminin istehsalı ilə əlaqədar “Salnaməfilm” studiyası ilə bağladığı müqavilənin ləğv edilməsi üçün məktub göndərib.
Qaynarinfo xəbər verir ki, bu barədə “NME” MMC-nin direktoru Nicat Manafovun müraciətinə verilən cavab məktubunda qeyd edilib.
Məktubda qeyd edilib ki, Xidmət nazirlikdən müqavilənin ləğv edilməsini və “Dövlət Satınalmaları haqqında” Qanuna müvqafiq olaraq bütün podratçılara bərabər rəqabət mühitini təmin etməklə tender keçirilməsini tələb edib.
Nicat Manafov məsələ ilə əlaqədar Qaynarinfo-ya bildirib ki, nəhayət, “Qarınqulu” layihəsində yol verilən qanun pozuntulari ilə bağlı ünvanladığı müraciətə müsabət cavab verilməsi sevindirici haldır:

“Bizlər ölkəmizdə yaxşı işlərin görülməsini dəstəkləyirik, hətta istəyirik ki, daha çox animasiyalar çəkilsin. Bu şəffaf müsabiqələr nəticəsində baş tutusun, biz də qalib olanları təbrik edək, dəstək olaq. Amma baş verənlər, işin birbaşa kimlərəsə həvalə olunması rəqabət mühitini pozur və əməkçi insanları ruhdan salır. Şükür ki, mübarizəmizdə haqlı olduğumuz ortaya çıxdı. Bu işin araşdırılmasında əziyyəti keçən hamıya, xüsusilə dövlət qurumlarımıza öz minnətdarlığımı bildirirəm”.
Xatırladaq ki, “Qarınqulu” animasiya filminin çəkilişi tender keçirilmədən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Salnaməfilm” studiyasına verilmişdi. Bu isə qalmaqala səbəb olmuşdu.

 

  •  (10)
  •  (0)