Qaret Beyl Bakıdakı havadan şikayətləndibackend

Qaret Beyl Bakıdakı havadan şikayətləndi

“Biz həqiqətən çox çalışdıq. Lakin belə isti havada istəyimizə nail olmaq çox çətindir”.

Hokm.az-ın məlumatına görə, bu fikirləri Uels millisinin futbolçusu Qaret Beyl Bakıda Avropa çempionatının A qrupunda İsveçrə ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

İspaniyanın “Real Madrid” kluna məxsus 32 yaşlı hücumçu bütün komanda yoldaşları ilə fəxr etdiyini bildirib: “Oyundan sonra razılaşdıq ki, bu, bizim üçün ilk addımdır. Fiziki formamızı bərpa etməli və dərhal növbəti oyunun hazırlıqlarına başlamalıyıq.

Qeyd edək ki, Uels yığması ikinci oyununu iyunun 16-də Bakı Olimpiya Stadionunda Türkiyə seçməsinə qarşı keçirəcək.

  •  (1)
  •  (0)