Qaradağda yol qəzası – Ölən və yaralanan varbackend

Qaradağda yol qəzası – Ölən və yaralanan var

Fevralın 10-u saat 10 radələrində Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində Abşeron rayon sakinləri – M.Zülfəliyevin idarə etdiyi “Tofaş” və Şöhlət Quliyevin idarə etdiyi “Oka” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Hokm.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən Ş.Quliyev orada ölüb, digər sürücünün vəziyyəti orta-ağırdır.

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

  •  (1)
  •  (1)