Qarabağla bağlı daşlar yerindən oynadı – Dilqəmlə Şahbaz qaytarılır – İDDİAbackend

Qarabağla bağlı daşlar yerindən oynadı – Dilqəmlə Şahbaz qaytarılır – İDDİA

– Paşinyanı Əliyevin ayağına gəldil lmaniyanınMünhen şəhərində ənənəvi illik beynəlxalq təhlükəsizlik konfransı işə başlayıb. Konfransın işində ABŞ dövlət katibi Maykl Pompeo, Fransa prezidenti Emmanuel Makron, Kanadanın baş naziri Castin Tryudo, Avstriya kansleri, İran və Rusiya xarici işlər nazirləri, NATO-nun baş katibi, habelə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla yanaşı bir sıra dövlət rəsmiləri, ekspertlər iştirak edirlər.

Bizim üçün bu tədbir bir də onunla əlamətdardır ki, Münhendə Azərbaycanla – Ermənistan rəhbərlərinin görüşü baş tutacaq.
Hansı ki, sonuncu dəfə ötən il Brüsseldə rəhbərlərin görüşü keçirilmişdi və ondan sonra xarici işlər nazirləri görüşürdülər.
Bu müddətdə isə Paşinyan həm erməni icmasını əlahiddə tərəf kimi danışıqlara qoşmağa çalışırdı, həm də Dağlıq Qarabağdakı separatçıların mövqeyini zəiflətmək üçün şaiyələr yayırdı ki, Sarkisyan 7 rayonu Azərbaycana qaytarırmış.
Üstəgəl də, Nikol işğal edilmiş ərazilərin əvəzinə yeni ərazilər prinsipini də irəli sürərək, Kürə qədər torpaqlarımıza iddia səsləndirmişdi.
Xankəndində diletant çağırışlar edərək, Azərbaycan tərəfini təxribata çəkməyə çalışmışdı.

Amma həmin dövr ərzində isə ölkə rəhbəri İlham Əliyev ilk dəfə Paşinyanın cavabını Valdayda “Qarabağ Azərbaycanındır nida” açıqlaması verdi, özü də havadarlarının gözü qabağında.
İkinci dəfə isə Aşqabad sammitində Ermənistan rəhbərliyini fakt qarşısında qoydu və faşizmə dəstəyini sübut elədi. Prezidentin bu addımı çox böyük ölçüdə dəstək qazandı.
Bu proseslər ümumi danışıq havasını sırf Ermənistanın destruktiv addımları nəticəsində müharibəyə aparmağa başladı.
Bu, Azərbaycan nöqteyi-nəzərdən olduqca rahat və həlledici yoldur. Çünki onun isbatını Azərbaycan ordusu 2016-cı ilin aprelində etdi və onda sonra düşmən cəbhəsi və havadarları fəal toqquşmadan qaçırlar.
Əvəzində Azərbaycanı güzətşə məcbur etmək üçün hər cür yola əl atırlar, təxribata üstünlük verirlər.
Amma son proseslər onu göstərir ki, “divar artıq qurtarır” və Azərbaycan tərəfi islahatlar, seçkilər və s. böyük tədbirlərdən sonra yönələcək birbaşa cəbhəyə.
İndidən ATƏT tərəfi də, vasitəçilər də yaxşı başa düşür ki, prosesləri qabaqlamaq lazımdır və hər cür addım ataraq cığal, guya sözəbaxmaz Paşinyanı Əliyevin ayağına aparırlar.
Axşamkı görüşdə əsas təşkilatçı isə ABŞ-dır.
Niyə ABŞ ?
Çünki Qarabağda onlar rus varlığından, nüfuzundan təsiridən narahatdırlar.
Ona görə də Paşinyanın hər cür sərsəmləmələrini ürəyində qoyaraq, gətiriblər ki, Əliyevin qarşısında işğal faktından imtina eləsin, torpaqları qaytarsın.
Müzakirə ediləcək detallardan biri Dilqəmlə, Şahbazın qaytarılması olacaq, digəri isə Paşinyanın Qarabağla bağlı atacaq addımına günah keçisi axtarmaq istəyidir ki, referendum keçirsin və məsuliyyətdən qaçsın.
Daha sonra Münhendə Ermənistan Baş naziri Nikol Paşinyan işğal faktını etiraf edib.
“Vestnik Kafkaza” xəbər verir ki, o, bununla bağlı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün səfər etdiyi Almaniyada danışıb.
Konfrans çərçivəsində keçirilən görüşün iştirakçısı Gülnar Qurbanova Paşinyana Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı sual verib. O bildirib ki, Ermənistan tərəfindən işğal olunan Cəbrayıl rayonunda doğulub və hələ də doğma torpaqlarına geri qayıda bilmir.
Bu suala cavab verən N.Paşinyan etiraf etməli olub: “Bəli, biz Cəbrayıl rayonunu işğal etmişik”. Ancaq o, işğal olunmuş ərazilərdən məcburi köçkünlər və qaçqınlar öz doğma torpaqlarına nə vaxt və necə qayıda biləcəkləri barədə sualı cavabsız qoyub.
Nikol Paşinyan münaqişənin həlli prosesindən danışarkən daha bir etiraf edib. O deyib ki, hansısa konstruktiv addımlar atmaqdan çəkinir, çünki bu, onun Ermənistan hakimiyyəti itirməsinə səbəb ola bilər.
Bu gün isə o detallar müzakirə ediləcək ki, Dağlıq Qarabağ Azərbaycana qaytarılsın.

 

  •  (0)
  •  (0)