“Qarabağ”ın oyununda təxribat törədənlərin kimliyi bəlli oldu – Fotobackend

“Qarabağ”ın oyununda təxribat törədənlərin kimliyi bəlli oldu – Foto

Xəbər verdiyimiz kimi, Lüksemburqda Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən “Dudelanj” – “Qarabağ” matçında erməni təxribatı yaşanıb.

Hokm.az Bizimyol.info-ya istinadla bildirir ki, “Qarabağ” 2-ci qolu vurduqdan sonra qarşılaşmanın keçirildiyi stadiona dronla qondarma Dağlıq Qarabağ rejiminin bayrağı endirilib.

Bu təxribatı törədən erməni gənclərin “First Armenian Front /FAF ultras/” adlı qrupun nümayəndələri olduğu məlum olub.

Stadiona qondarma rejimin bayrağını endirən şəxslərin tapılaraq cəzalandırılması ilə bağlı iş aparılır.

Qarabağ oyununda təxribat edənlər

  •  (0)
  •  (0)