Qarabağ problemi davam etdikcə, onun həli yolları ilə bağlı da müxtəlif versiyalar irəli sürülür.
Əksəriyyət hesab edir ki, Azərbaycan bu problemi 4 gün ərzində həll edə bilər. Amma Rusiya imkan vermir.
Doğrudanmı əsas amil Rusiyadır və biz müharibəyə başlasaq, qarşımızda yenə də rusları görəcəyik?
Faktor.az bildirir ki, bununla bağlı hərbi icmalçı Nazim Bayram deyir, Rusiya Cənubi Qafqazda müharibə istəmir, Azərbaycandakı rusofob isə cəmiyətin müharibə haqqında düşünməyini belə siyasi naşılıq hesab edir. Beləliklə, rusofob Rusiyanı “əjdaha” göstərməklə öz qorxaqlığını aşkar etməklə bərabər, Rusiyanın maraqlarına birbaşa xidmət edir.
“Bir dəfə demişdim, 2008-ci ilin avqustunda Gürcüstan ordusu məhz gürcü gənclərin beyninə salınmış rusofobiyanın nəticəsində ivanı görən kimi NATO silahlarını və texnikalarını atıb qaçmışdı. Fobiyalar xalqın bax belə daxili “mehriban düşmənləridi”. Hər cür fobiyanın insan beynini kütləşdirdiyi də öz yerində, bu, başqa mövzudu”.
Hokm.az
















