Qarabağda hərbçilərin meyitlərinin mübadiləsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEObackend

Qarabağda hərbçilərin meyitlərinin mübadiləsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

“Qarabağ münaqişəsinin tərəfləri 200 nəfərin meyitinin mübadiləsini həyata keçiriblər”.

Hokm.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurer açıqlama verib.

P.Maurer əlavə edib ki, təşkilatın Dağlıq Qarabağdakı fəaliyyətinin prioritetləri məcburi köçkünlərə kömək etmək, həlak olanların meyitlərini çıxarmaq, həmçinin, mümkün danışıqlara və mübadiləyə hazırlaşmaq üçün əsirləri ziyarət etməkdir.

Qızıl Xaç Komitəsinin prezidenti Rusiya sülhməramlıları ilə təmsil etdiyi təşkilatın fəaliyyətinin çox sıx təşkil olunduğunu vurğulayıb.

  •  (0)
  •  (1)