Qarabağda ermənilərin tərəfində 100 kürd yaraqlı vuruşur.
Hokm.az milli.az-a istinadən xəbər verir ki, bunu amerikalı siyasi müşavir, “The Heritage Foundation”un nəzdindəki Duqlas və Sara Ellison adına Xarici Siyasət Mərkəzinin direktoru Lyük Koffi deyib.

Onun fikrincə, döyüş bölgəsində muzdluların və əcnəbi yaraqlıların peyda olması çox pis hadisə olaraq münaqişənin beynəlmiləlləşməsinə səbəb olur.
Xatırladaq ki, Qarabağda Ermənistan ordusunun tərkibində Suriyadak ermənilərin “Nubar Ozanyan” terror qruplaşmasının və kürdlərin PKK terror təşkilatının mənsublarının, habelə ermənilərin ASALA terror təşkilatının Livandan olan üzvlərinin vuruşmasına dəlalət edən sübutlar çoxdur.
















